FUTBOL
Nikolas Cekson "Bayern Münhen"də
İngiltərənin "Çelsi" klubunun hücumçusu Nikolas Cekson karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Olimpnews.az xəbər verir ki, 24 yaşlı seneqallı hücumçu icarə əsasında "Bayern Münhen"də çıxış edəcək. Oyunçu ilə 5 illik müqavilə imzalanacaq. Müqavilədə məcburi satınalma bəndi yer alır. "Zadəganlar" transferdən 16,5 milyon avro icarə ödənişi qazanacaq. Ümumi transfer paketinin həcmi 80 milyon avro civarındadır.
Paylaş :