FUTBOL
Qazaxıstana turist axını gözlənilir
Qazaxıstan hökuməti UEFA Çempionlar Liqasında “Kayrat”ın Madrid “Real”ı ilə oyunu ilə əlaqədar ölkəyə böyük turist axını gözləyir.
Olimpnews.az Qazaxıstanın turizm və idman naziri Erbol Myrzabosınovun sözlərinə istinadən xəbər verir ki, ölkəyə 4-5 min futbol azarkeşinin gələcəyi gözlənilir. Xatırladaq ki, “Kayrat” tarixində ilk dəfə Çempionlar Liqasının ümumi mərhələsində çıxış edəcək. Onların “Real” ilə görüşü sentyabrın 30-da keçiriləcək.
Paylaş :