FUTBOL
La Liqa: Turun açılış matçı sülhlə başladı
Futbol üzrə İspaniya La Liqasında IV turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun açılış oyunu "Sevilya" və "Elçe" komandaları arasında təşkil olunub. Roman Sançes Pisxuan stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib -2:2. Oyunda hesabı 28-ci dəqiqədə İsak Romero açıb. Lakin "Elçe" klubu ikinci hissədə vəziyyəti dəyişməyi bacarıb. Əvvəlcə 54-cü dəqiqədə Andre Silva hesabı bərabərləşdirib. 70-ci dəqiqədə isə Rafa Mİr qonaqları hesabda önə keçirib. Lakin 85-ci dəqiqədə "Əndəlüslər" hesabı bərabərləşdiriblər. Cerar Pike dəqiq zərbə ilə matçda yekun hesbaı müəyyənləşdirib. Tərəflər meydanı hərəyə bir xalla tərk ediblər. "Elçe" klubu 6 xalla 6-cı, "Sevilya" isə 4 xalla 11-cidir.
Paylaş :