FORMULA 1
Beş ildən sonra yenidən Formula 1 həyəcanı yaşayacaq - FOTO
39 yaşlı fransalı yarış pilotu Romain Qrojan 2020-ci il Bəhreyn Qran-Prisində qəzadan sonra aldığı zədədən sonra yenidən Formula 1 bolidi sükanına əyləşəcək istəyir.
O, sentyabrın 26-da Mugello dövrəsində "Haas VF-23" bolidini idarə edəcək. Fransalı pilotun mühəndisi Amerika komandasının hazırkı komanda direktoru Ayao Komatsu olacaq. Məlumat üçün bildirək ki, Bəhreyndə dəhşətli qəza keçirənə qədər "Haas"ın uğurları üçün çalışıb. O, yarışın başlanğıcında qoruyucu maneəyə çırpılıb, avtomobili alovlanıb və o, əlləri ciddi yanıqlara məruz qalıb.
Paylaş :