FORMULA 1
«Haas» pilotu Bakıda mühəndisin xahişindən narazı qalıb
Formula 1 üzrə "Haas" komandasının pilotu Esteban Okon britaniyalı komanda yoldaşı Oliver Bermanın Azərbaycan Qran-Prisində onu keçməsinə icazə verməsi xahişindən narazı qalıb.
"Çətin bir həftə sonu idi. Biz, həqiqətən, yarış da daxil olmaqla, çox şeyi yenidən düşünməliyik, çünki biz bunu əvvəlcədən müzakirə etməmişdik. Aydın olsaydı, yəqin ki, hər şeyi başqa cür edərdim", - deyə Okon F1 saytına müsahibəsində vurğulayıb.
Məlumat üçün bildirək ki, Bakıdakı mübarizənin sonunda yarış mühəndisi Laura Müller radioda Okona bu xahişlə komanda yoldaşının onu keçməsini istəyib. Okon bu xahişi yerinə yetirməli olub.
Paylaş :