FORMULA 1
"Ferrari" pilotu Bakıdakı çıxışından danışıb
"Ferrari" komandasının pilotu Şarl Lekler Azərbaycan-Qran Prisində zəif çıxışından danışıb. "Sual verirlər ki, Bakıda hər hansı çətinliklər olubmu? Bəli, olub. Mən Qran-Pri zamanı avtomobilə yanaşmamı dəyişdim. Bunu nəzərə alsaq, əvvəllər Bakıda kifayət qədər güclü göründüyümü nəzərə alsaq, niyə yanaşma dəyişikliyinin yaxşı fikir olacağını söyləmək çətindir. Nəticədə sıralanma zamanı təşəbbüsü əldən verdim. Beləliklə, həftəsonu qarışıq keçdi. Səhvlərdən nticə çıxarmaq lazımdır", - deyə RacingNews365 fransalı pilotdan sitat gətirib.
Paylaş :