FUTBOL
Ronaldonun cəzası açıqlandı
Portuqaliyalı futbolçu Kriştianu Ronaldonun cəzası müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, ulduz futbolçu İrlandiya ilə matçda aldığı qırmızı vərəqəyə görə yalnız 1 oyunluq cəza aldı. O, bu cəzanı artıq Ermənistan ilə görüşdə iştirak etməməsi ilə çəkib.
Beləliklə, Ronaldo 2026-cı ildə keçiriləcək Dünya Kubokunun açılış oyununda Portuqaliya millisinin kapitanı kimi meydana çıxa biləcək.
Paylaş :