Koronavirusa görə lisenziya xarakterli turnirlərin müddəti uzadıldı

Koronavirusa görə lisenziya xarakterli turnirlərin müddəti uzadıldı

Olimpizm xəbərləri

11.03.2020, 14:40

Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusun yayılması səbəbindən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salsa da, təsnifat dövrünü uzadıb. Lisenziya xarakterli turnirlər iyunun 30-na qədər davam edəcək. Bu barədə İJF-in İcraiyyə Komitəsinin martın 10-da keçirilən iclasında məlumat verilib. Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası bundan əvvəl Yekaterinburqda planlaşdırılan “Böyük Dəbilqə” turnirinin, həmçinin Tbilisi və Antalya Qran-prilərinin baş tutmayacağı barədə məlumat yayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR