Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb

Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir.

“Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başladığı bu sosial aksiyaya qoşulanların sayı artmaqdadır. Bu işdə idman federasiyaları da yaxından iştirak edirlər. Belə bugünlərdə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) 1-ci vitse-prezidenti, əməkdar məşqçi Kazım Qurbanovun təşəbbusu və rəhbərliyi ilə Xızı rayonunda yardım kampaniyası keçirilmişdir. Rayonun Xələnc, Giləzi, Tıxlı, Baxşılı, Təzə kənd, Bəy Əhməd yurdu, Yarımca, Qara bulaq kəndlərində, eləcə də Xızı şəhərində aztəminatlı ailələrə yardım bağlamaları paylanılıb.

Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb Federasiya tərəfindən Xızıda aztəminatlı ailələrə yardım paylanılıb