Azərbaycanlı boks hakimi vəfat etdi

Azərbaycanlı boks hakimi vəfat etdi

Azərbaycan boksuna itki üz verib. Federasiyadan verilən məlumata görə,​ AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan​ Mehman Mürsəlov​ 62 yaşında vəfat edib.

O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa birincilikləri, həmçinin bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyub. Mehman Mürsəlov DİN İdman Cəmiyyətində məşqçi-müəllim kimi də çalışıb.