Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 136-cı sessiyası işini davam etdirir. Beynəlxalq qurumun prezidenti Tomas Baxın sədrliyi ilə onlayn qaydada keçirilən sessiya bu gün başa çatacaq.
Sessiyanın növbəti iclasında istefaya göndərilən vitse-prezidentlər Uğur Erdener, sabiq prezident Xuan Antoni Samaranç və İcraiyyə Şurasının üzvü Sergey Bubka da iştirak ediblər.
BOK-un vitse-prezidentləri vəzifəsinə iki nəfərin - Con Koutsun (Avstraliya ) və Mianq Hiqin (Sinqapur) namizədliyi irəli sürülüb. İxtisasca vəkil olan Con Kouts beynəlxalq Olimpiya hərəkatında kifayət qədər tanınmış simadır və 2011-ci ildən Beynəlxalq İdman Arbitrajı Məhkəməsinə sədrlik edir. O həm də Tokio-2020 Olimpiya Oyunları üzrə BOK-un Koordinasiya Komissiyasının sədri vəzifəsini yerinə yetirir.
Sessiyada beynəlxalq quruma prezident seçkiləri ilə bağlı da müzakirələr aparılıb. Beynəlxalq Olimpiya Komitəsinə prezident seçkiləri 2021-ci ildə BOK-un 137-ci sessiyasında keçiriləcək. BOK-un hazırkı prezidenti Tomas Bax İcraiyyə Şurasının üzvləri etimad göstərəcəkləri halda quruma yenidən rəhbərlik etməyə hazır olduğunu bildirib.
BOK-un 136-cı sessiyası işini bu gün yekunlaşdıracaq