Universiadanın könüllülərlə bağlı proqramı hazırlanacaq

Universiadanın könüllülərlə bağlı proqramı hazırlanacaq

Ural Federal Universiteti (UFU) və “Universiada-2023”ün təşkilatçıları Yekaterinburqda keçiriləcək Oyunlar üçün könüllülərlə bağlı proqram hazırlayacaqlar.
Bu barədə “Universiada-2023”ün icraçı direktoru Aleksandr Çernov məlumat verib. O qeyd edib ki, “Universiada-2023” İcraiyyə Komitəsi ilə UFU arasında bu barədə razılaşma imzalanacaq.
Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.