Terror hadisəsi zamanı Bərdə Olimpiya İdman Kompleksinə də ziyan dəyib
Olimpizm xəbərləri
29.10.2020, 10:09
Xəbər verdiyimiz kimi, oktyabrın 28-də erməni silahlı qüvvələri Bərdə şəhərinin mərkəzini "Smerç” tipli reaktiv raketlərdən atəşə tutub. Mülki əhalinin məhvinə yönəlmiş qətliam zamanı 21 nəfər həyatını itirib, 70-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı çox sayda infrastruktura, eləcə də Bərdə Olimpiya İdman Kompleksinə ziyan dəyib. Bu barədə məlumat əldə etmək üçün kompleksin direktoru Qabil Məmmədovla əlaqə saxladıq. Qabil müəllim hadisə zamanı kompleksə ciddi ziyan dəydiyini bildirdi. "Oktyabrın 28-də günorta radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalarından istifadə edilməklə zərbələr endirildi. İnsanlığa sığmayan bu terror nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Zərbənin təsiri nəticəsində həmçinin şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə, həmçinin rəhbərlik etdiyim Bərdə Olimpiya İdman Kompleksinə ciddi ziyan dəyib. Düzdür, hadisə zamanı kompleksin ərazisində olan şəxslər arasında xəsarət alan olmasa da, partlayış nəticəsində binanın tavanı, əltutulanlar, plastik pəncərələr, qapılar eləcə də üzgüçülük hovuzu tamamilə sıradan çıxıb. KIV nümayəndələri hadisə yerindən çəkilişlər aparıblar. Eyni zamanda aidiyatı qurumların əməkdaşları da hadisə ilə bağlı araşdırmalar aparıblar. Mənfur düşmən xalqımıza qarşı törətdiyi bu hərbi cinayət əməlləri ilə atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozmuş oldu. Onlar yenə də atəşkəs rejiminə əməl etməməklə öz xislətini nümayiş etdirdi, döyüş bölgəsində istifadə olunması nəzərdə tutulan silahları dinc əhaliyə qarşı çevirdi. Bu artıq erməni terrorçularının növbəti vəhşiliyidir. Düşmən bundan bir gün əvvəl də atəşkəs rejimini pozaraq, Bərdənin Qarayusifli kəndini "Smerç” tipli raket atəşinə məruz qoymuşdu. Həmin hadisə zamanı 5 nəfər dünyasını dəyişdi, 11 nəfər isə yaralandı. Təəssüf ki, beynəlxalq qurumlar bu hadisələrə hələ də səssiz qalırlar. İnanıram ki, bu hadisələrin qisasını müzəffər Ordumuz tezliklə cəbhə bölgəsində alacaq”, - deyə Qabil Məmmədov bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
Bugün, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
Bugün, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol