Futbolçular etiraz edir

Futbolçular etiraz edir

Norveçin səhiyyə nazirliyi milli komandaya Rumıniya və Avstriya ilə Millətlər Liqasının oyunlarına getməyə icazə verməyib. Norveçin Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı risklər səbəbindən belə bir qərar qəbul edib. Buna cavab olaraq, milli komandanın oyunçuları ölkənin futbol federasiyasına açıq məktub yazaraq, bu qərarı tənqid ediblər.
Norveç Futbol Federasiyasının rəsmi saytı Norveç yığması Avstriya ilə qarşılaşacağını bildirib. Lakin ölkə gənclər heyətində çıxış edəcək.
Qeyd edək ki, Avstriya və Norveç arasında oyun noyabrın 18-də Vyanada keçiriləcək.