Biatlonçu “Ginnesin Rekordlar Kitabı”na düşüb

Biatlonçu “Ginnesin Rekordlar Kitabı”na düşüb

Fransalı biatlonçu Martin Furkad karyerasında qazandığı titulların sayına görə “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Kitabda M.Furkadanın üç rekordu qeyd olunub. O, yeddi böyük “kristal qlobus”un yeganə sahibidir. Həmçinin qeyd edək ki, idmançı bu mükafatı yeddi il ardıcıl olaraq qazanıb. Bundan əlavə, biatlonçu  33 “Kristal qlobus”a (yeddi böyük və 26 kiçik) sahib çıxan ilk idmançıdır.
Martin Furkad karyerasını 2019/20 mövsümünün sonunda başa vurub. O, beşqat Olimpiya çempionu və 13 dəfə dünya çempionu adını qazanıb. 32 yaşlı fransız həm də Dünya Kubokunun mərhələlərində öz şəxsi yarışlarında 83 qələbə və dünya Kuboku mərhələlərinin estafetlərdə 15 qələbə qazanıb.