İrina Kindzerska: “Arzu edirəm ki, Olimpiya Oyunlarının qələbə sevincini Cəbrayılda qeyd edim”
Olimpizm xəbərləri
24.11.2020, 16:34
Xəbər verdiyimiz kimi, bu yaxınlarda cüdo üzrə Azərbaycan milli komandası Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında 1-i qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 5 medala layiq görülüb. Millimiz bu nəticə ilə ümumi komanda hesabında 40 ölkə arasında 4-cü yeri tutub.
Qitə çempionatında komandamıza medal qazandıran idmançılardan biri də ukraynalı milliləşdirilmiş cüdoçumuz İrina Kindzerska idi. Yarışın son günündə +78 kq çəki dərəcəsində ölkəmizə gümüş medal qazandıran
ukraynalı cüdoçumuzla əlaqə saxladıq. COVİD-19 pandemiyası səbəbindən uzun fasilədən sonra ilk yarışına çıxan cüdoçumuz "Olimpiya dünyası” qəzeti ilə fikirlərini bölüşdü.
"Uzun fasilədən sonra bu mənim ilk yarışım oldu. Düzdür, biraz həyəcanlı olsam da, özümə və hazırlığıma güvənirdim. Əlbəttə, çempionatı qızıl medal ilə başa vurmaq istəyirdim. Lakin qazandığım gümüş medal da mənim üçün çox əzizdir və bu nailiyyətimə görə çox şadam”, - deyə xanım cüdoçumuz qeyd etdi.
Koronavirusun yaratdığı fasiləni özünü təkmilləşdirmək üçün bir mərhələ kimi qiymətləndirən cüdoçumuz, Avropa çempionatındakı səhvlərindən nəticə çıxararaq, daha çox çalışmalı olduğunu bildirdi:
"Pandemiya ilə bağlı yarışlarda yaranan fasilə mövcud zədələrimi aradan qaldırmaq üçün mənə imkan yaratdı. Yarış zamanı yüksək əhval-ruhiyyədə idim və özümü çox yaxşı hiss edirdim. Amma təəssüf ki, mənim kiçik bir diqqətsizliyim, qızıl medalı əldən verməyimə səbəb oldu. Nəticədə isə hansı məqamlara diqqət yetirməli və onları aradan qaldırmaq üçün daha çox çalışmalı olduğumu anladım. İndi bizim məşqlərimiz tam sürətlə davam edir. Mənim əsas məqsədim Olimpiya Oyunlarında yüksək nəticə əldə etməkdir”.
Artıq bir neçə ildir ki, milli komandamızın üzvü olan idmançımız, Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə bağlı sevinc hisslərini də bizimlə bölüşdü:
"Azərbaycanın qazandığı bu tarixi qələbə məni həqiqətən də sevindirdi. Həyat yoldaşımla birgə qələbə xəbərini eşidəndə çox kövrlədik. Bildiyiniz kimi, mənim həyat yoldaşım azərbaycanlıdır. O, mənə Azərbaycanın tarixi, əzəli torpaqları, həmçinin doğulduğu Cəbrayıl rayonu barədə çox məlumat verib. Mən bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm və Azərbaycanın günü-gündən daha da çiçəklənəcəyinə inanıram. Arzu edirəm ki, Olimpiya Oyunlarının qələbə sevincini Cəbrayılda qeyd edim”.
İrina xanımın azərbaycanlı həyat yoldaşı keçmiş idmançı Həmid Əliyev də sevinc hisslərini dilə gətirdi: "Bir azərbaycanlı və Cəbrayıl sakini kimi qələbə xəbəri məni həddindən artıq çox sevindirdi. Doğma yurdumun illərdən sonra azad olunması, həmin yerə yenidən getmək imkanımın yaranması mənə sözlə ifadə edilməyəcək hisslər yaşatdı. 30 ildən sonra torpaqlarımızın düşmən tapdağından azad olunması münasibətlə doğma xalqımı səmiməqəlbdən təbrik edirəm. Bu qələbə Azərbaycanın güclü bir dövlət olduğunu bir daha sübut etdi. Qürbət ölkədə yaşasam da, ürəyim hər zaman Azərbaycanla döyünür. Azərbaycan Prezidenti İlham Əliyevin bütün müsahibələrini və xalqa müraciətlərini izləyirdim. Ali Baş Komandanın xalqa müraciətlərini izləyəndə, ölkəmizin belə bir lideri olduğu üçün fəxr hissləri keçirirdim. Ukraynada yaşamağıma baxmayaraq, müharibənin ilk günündən Azərbaycandakı vəziyyətlə yaxından maraqlanırdım. Həmçinin Ukraynadakı dostlarımla birgə Azərbaycana dəstək məqsədi ilə müxtəlif tədbirlər təşkil edirdik. Qeyd edim ki, ukraynalı tanışlarımın hər biri Qarabağın Azərbaycanın əzəli torpağı və bizim haqq yolunda olduğumuzu bilirdilər. Ümumiyyətlə, bu münaqişədə kimin haqq mübarizəsi apardığını və dədə-baba yurdunu işğaldan azad etmək üçün vuruşduğunu bilirdi. Dağlıq Qarabağ məsələsi Azərbaycanın ən yaralı yeri olub. Şükürlər olsun ki, bu məsələ xalqımızın qələbəsi ilə öz həll yolunu tapdı. İrinanın da qeyd etdiyi kimi, arzu edirəm ki, Olimpiya Oyunlarının medalını qazanıb, qələbə sevincini Cəbrayılda qeyd edək”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol