İspaniyalı tennisçi Enrike Lopez Peres müstəqil tennis orqanının (TIU) araşdırmasının nəticələrinə əsasən, 8 il müddətinə diskvalifikasiya olunub. Buna səbəb isə E.Lopezin müqavilə əsaslarında oyunlarda iştirak etməsidir. Diskvalifikasiya ilə yanaşı, idmançı 25 min dollar cərimə ödəyəcək. İntizam dinləmələri noyabrın 5-də professor Riçard Maklaren tərəfindən aparılıb.
Enrike Lopez Peres 2017-ci ildə Tennis Antikorrupsiya proqramının üç qaydasının pozulmasında günahkar bilinir. Digər iki qayda pozuntusu təsdiqlənməyib.