Ümumdünya Şahmat Olimpiadası davam edir

Ümumdünya Şahmat Olimpiadası davam edir

Şahmat

Bugün, 12:33

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

Olimpnews.az xəbər verir ki, kişilərdən ibarət komanda III turda İsveçrə ilə üz-üzə gələcək.

Qadınlar isə İsveçdən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Daha əvvəl kişilərdən ibarət komanda Mərakeş (4:0) və Filippini (3:1), qadınlar isə Qvatemala və Danimarkanı (hər ikisi 4:0) məğlub ediblər.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR