Üçüncü Avropa Oyunlarının proqramına yeni idman növü daxil edildi

Üçüncü Avropa Oyunlarının proqramına yeni idman növü daxil edildi

Olimpizm xəbərləri

17.12.2020, 16:50

Olimpiya idman növü olan müasir beşnövçülük üçüncü Avropa Oyunlarının proqramına daxil edilib. 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında atletlər idmanın bu növü üzrə də medallar uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, idmançılar 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək şansı da qazanacaqlar. Qeyd edək ki, üçüncü Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək. Tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.
 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR