Olimpiya idman növü olan müasir beşnövçülük üçüncü Avropa Oyunlarının proqramına daxil edilib. 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında atletlər idmanın bu növü üzrə də medallar uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, idmançılar 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək şansı da qazanacaqlar.
Qeyd edək ki, üçüncü Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək. Tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.
Üçüncü Avropa Oyunlarının proqramına yeni idman növü daxil edildi
![Üçüncü Avropa Oyunlarının proqramına yeni idman növü daxil edildi](https://olimpnews.az/uploads/img/posts/2020/12/17/Avropa Oyunlarinin proqramina yeni idman npvujpg-1608217768.jpg)