Qətərin paytaxtı Dohada cüdo üzrə “World Masters” turniri keçirilir. 69 ölkədən 398 (215 kişi, 183 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız yarışda 7 idmançı ilə təmsil olunur. Bu gün - yarışın son günündə 3 cüdoçumuz tatmi üzərinə çıxacaq. Kişlərin mübarizəsində Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi 100 kq), qadınların yarışında isə İrina Kindzerska (78+) medal qazanmağa çalışacaq.
Z.Kotsoyev 1/16 finalda Ramazan Dərvişlə (Misir), E.Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.
İ.Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva) / Jasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu tatami üzərinə çıxıb. Təəssüf ki, idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyiblər.