ÜST-ün Azərbaycandakı nümayəndəsi ADBTİA-da olub
BOK
02.03.2021, 15:45
Martın 2-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) görüş olub. Görüşdə Hande Harmancı son illər Akademiyada həyata keçirilən islahatlarla, o cümlədən London Kollec Universiteti (UCL) ilə əməkdaşlıq çərçivəsində həkimlərin ixtisaslaşması üçün təsis edilmiş ingilisdilli “İdman tibbi və reabilitasiya” magistratura proqramı ilə tanış olub. O, həmçinin hazırda İkinci Qarabağ müharibəsinin 60-dək qazisinin reabilitasiyasının aparıldığı elmi-tədris laboratoriyasını və müxtəlif layihələrin həyata keçirildiyi Multimedia mərkəzini ziyarət edib. Sonra Hande Harmancı Akademiyanın rəhbərliyi ilə görüşüb. Görüşdə Hande Harmancı Azərbaycan Hökumətinin ÜST ilə razılaşması çərçivəsində köməkçi texnologiyalar (məsələn, təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) sektorunun gücləndirilməsi layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində prioritet köməkçi vasitələrin milli siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək göstərəcək. Layihə çərçivəsində keçiriləcək “Köməkçi texnologiyaların sürətli qiymətləndirməsi” sorğusu (rATA, rapid Assistive Technology Assessment survey) əhalinin köməkçi texnologiyalardan istifadəsi ilə bağlı mövcud vəziyyəti qiymətləndirməyə imkan verəcək. O, layihəyə göstərilən dəstəyə görə ADBTİA-ya təşəkkürünü bildirib. Ölkədə ali təhsil müəssisəsi səviyyəsində daxili və xarici tədqiqat layihələrinin ekspertizasını həyata keçirən yeganə etik komitə olan ADBTİA-nın Bioetika Komitəsi tərəfindən həmin layihəyə baxılıb və müsbət rəy verilib. ADBTİA-nın dəstəyini, reabilitasiya sahəsində mütəxəssislər hazırlamasını və elmi işlər aparmasını nəzərə alan Hande Harmancı Akademiyanı layihənin həyata keçirilməsində iştiraka dəvət edib. Söhbət zamanı Akademiyanın rektoru Fuad Hacıyev ÜST ilə əməkdaşlığın inkişafından məmnun olduğunu və çox əhəmiyyətli olan layihəyə töhfə verməkdən qürur duyduğunu bildirib. Görüşdə ÜST ilə ADBTİA arasında layihə üzrə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol