Latviyanın Azərbaycandakı səfiri, AzƏOK-un üzvləri ictimai xadim Azad Rəhimovun məzarını ziyarət ediblər

Latviyanın Azərbaycandakı səfiri, AzƏOK-un üzvləri ictimai xadim Azad Rəhimovun məzarını ziyarət ediblər

Latviyanın Azərbaycan Respublikasındakı səfiri Dainis Qarançs,  Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və Komissiyanın üzvləri II Fəxri Xiyabanda tanınmış ictimai xadim  Azad Rəhimovun məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Qeyd edək ki, indiyədək Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) prezidenti Kristian Hinterberger, baş katib İoanis Psilopoulos, vitse-prezident, Türkiyə Ədalətli Oyunlar Komissiyasının prezidenti, BƏOK-un üzvü Ərdoğan Arıpınar, Latviya Ədalətli Oyunlar Komisiyasının rəhbəri Baiba Veisa AzƏOK-a müraciət edərək, Azad Rəhimovun vəfatından kədərləndiyini bildirərək başsağlığı veriblər.

 

Latviyanın Azərbaycandakı səfiri, AzƏOK-un üzvləri ictimai xadim Azad Rəhimovun məzarını ziyarət ediblər Latviyanın Azərbaycandakı səfiri, AzƏOK-un üzvləri ictimai xadim Azad Rəhimovun məzarını ziyarət ediblər Latviyanın Azərbaycandakı səfiri, AzƏOK-un üzvləri ictimai xadim Azad Rəhimovun məzarını ziyarət ediblər