Federasiya prezidenti peşəkar döyüşdə iştirak edəcək idmançımızla görüşüb

Federasiya prezidenti peşəkar döyüşdə iştirak edəcək idmançımızla görüşüb

Bu gün, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev peşəkarlararası milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Elşən Abdulrəhimov və milli komandanın üzvü Ruslan Musayevi qəbul edib.

Ruslan Musayev iyun ayının 16-sı Özbəkistanın Daşkənd ​ şəhərində keçiriləcək 68.800 kq çəki dərəcəsində WAKO-PRO peşəkar döyüşdə iştirak edəcək.

AKF prezidenti Orxan Əliyev peşəkarlararası baş məşqçi Elşən Abdulrəhimov və Ruslan Musayev tərəfindən federasiyanın dəstəyi ilə hazırlıq məşqlərinin keçirilməsinin, həmçinin vitamin ​ prosesinin uğurla aparılması barədə məlumatla tanış olub.

Orxan Əliyev idmançımıza öz tövsiyyələrini çatdıraraq döyüşdə uğurlar arzulayıb.

WAKO Dünya Kubokunun sahibi, dəfələrlə WAKO Dünya və Avropa çempionatlarının mülkafatçısı olan DİN İC-in yetirməsi Ruslan Musayev Əməkdar məşqçi, milli komandanın lowkick üzrə böyük məşqçisi, DİN İC-nin kikboksinq bölməsinin baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.

Federasiya prezidenti peşəkar döyüşdə iştirak edəcək idmançımızla görüşüb