Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirak etdiyi “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin növbəti 5 turunun oyunları keçirilib.
Şahmatçımız bu qarşılaşmaların ikisində qələbə qazanıb, birində heç-heçə edib, daha ikisində isə məğlub olub. G.Məmmədzadə 6 xalla turnir cədvəlində 8-ci yerdədir.
Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.
Qeyd edək ki, beş turnirdən ibarət olan “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.