Joze Mourinyo: “Fransa millisi İngiltərə və İtaliya yığmalarından daha yaxşıdır”

Joze Mourinyo: “Fransa millisi İngiltərə və İtaliya yığmalarından daha yaxşıdır”

“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Avro-2020-nin ən yaxşı yığmasını açıqlayıb. Mütəxəssisin fikrincə, bu, finala yüksələn nə İtaliya, nə də ki, İngiltərədir. Məşqçi hesab edir ki, Avro-2020-nin ən yaxşı yığması Fransa millisidir.
“Özündən razılığına görə Fransa daha bir turnirin qalibi olmaq, həm dünya, həm də Avropa çempionu olmaq şansını əldən verdi. Bu komandanın yüksək potensialı var. Onun istedadını digər komandalarla müqaisə etmək mümkün deyil. Fransa millisi İngiltərə və İtaliya yığmalarından daha yaxşıdır. Lakin layiqli olaraq, futbol onları cəzalandırdı”,- deyə J.Maurinyo bildirib.
Qeyd edək ki, Fransa millisi Avro-2020-nin 1/8 final mərhələsində penalti seriyasında İsveçrəyə məğlub oldu. Avropa çempionatının final mərhələsində isə İtaliya millisi penaltilər seriyasında İngiltərəyə qalib gəldi.