Tomas Baxdan növbəti fikir

Tomas Baxdan növbəti fikir

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokio-2020 Yay Olimpiya Oyunlarında mükafatlandırma mərasiminin gedişində baş verə biləcək siyasi aksiyalarla bağlı fikirlərini bölüşüb.

 

"Financial Times" nəşri bildirir ki, almaniyalı funksioner fəxri kürsü və mükafatlandırma mərasiminin siyasi nümayiş üçün olmadığını bildirib. "Bunlar idmançıları şəxsi baxışlarına görə yox, idman nailiyyətləri qarşılığında medallar qazandıqları üçün şərəfləndirməkdən ötrüdür", - deyə Bax vurğulayıb.

 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçirilməlidir. Yalnız 26 yarış tamaşaçılarla keçiriləcək. Azarkeşlərin qalan 724 idman tədbirini isə canlı izləmələri mümkün olmayacaq.