Legioner həyatı yaşayan futbolçumuz Polşada ilk titulunu qazana bilər

Legioner həyatı yaşayan futbolçumuz Polşada ilk titulunu qazana bilər

BOK

17.07.2021, 17:18

Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu gün Polşa "Legiya"sında ilk titulunu qazana bilər. Ötən mövsümün çempionu Polşa Super Kuboku uğrunda oyuna çıxacaq. Rəqib ölkə kubokunu qazanmış "Rakuv" olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qeyd edək ki, 24 yaşlı hücumçu "Legiya"nın heyətində keçirdiyi 2 rəsmi oyunda eyni sayda qol vurub və bir məhsuldar ötürmə edib. Hər iki qarşılaşma Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR