Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında boksçularımızdan ikisi yarımfinala vəsiqə qazanıb. Təmsilçilərimiz İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonova (Tacikistan), Tağı Nəsibov (48 kq) isə Vadim Veçerskiyə (Belarus) dörddəbir finalda qalib gəliblər.
Qeyd edək ki, oğlanların yarışında ölkəmizi 5, qızların turnirində isə 3 boksçu təmsil edir.
Sentyabrın 2-də start götürən boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün dörddəbir final (ilkin) mərhələsinin qarşılaşmaları, növbəti 2 gündə yarımfinal görüşləri təşkil olunacaq.
Sentyabrın 5-də isə final görüşləri təşkil olunacaq.