Gənclər və idman naziri MMA döyüşçüsü Nəriman Abbasovla görüşüb

Gənclər və idman naziri MMA döyüşçüsü Nəriman Abbasovla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.
Görüşdə idmançımızın tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.
Nazir Moskvada keçirilən görüşdə birinci raundda nokautla qalib gələrək yüngül çəkidə çempion titulunu qoruyan 27 yaşlı idmançımızı təbrik edib, ona gələcək döyüşlərində uğurlar arzulayıb.
Xatırladaq ki, N.Abbasov karyerası ərzində keçirdiyi 30 döyüşdə 27 qələbə qazanıb.