Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçirilib. 26 ölkədən 300-ə yaxın cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Yarışda kişilərin mübarizəsində 11 cüdoçu ilə təmsil olunan komandamız Avropa kubokunu 2 medalla başa vurub. Cüdoçularımızdan 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov yalnız həlledici final görüşündə məğlub olaraq gümüş medala sahib olub. Məhərrəm İmamverdiyev (81 kq) isə yarışı üçüncü pillədə başa vurub.
Avropa kubokundan 2 medal