Pekin-2022-nin məşəli alovlandırıldı

Pekin-2022-nin məşəli alovlandırıldı

Olimpizm xəbərləri

18.10.2021, 17:19

Qədim Olimpiya Oyunlarının vətəni Yunanıstanda Pekin Qış Olimpiadasının məşəli alovlandırılıb.

Məşəli daşıyan ilk idmançı yunanıstanlı xizəkçi Yannis İoannis Antoniou olub.

Məşəl estafeti bir gün davam edəcək. Belə ki, oktyabrın 19-da tarixi “Panatinaikos” stadionunda məşəl Çin nümayəndələrinə təhvil veriləcək.

Estafet Pekin Olimpiadasının açılış günü - fevralın 4-də başa çatacaq.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR