Avropa Liqası: "Fənərbaxça"nın ev, «Qalatasaray» səfər sınağı

Avropa Liqası: "Fənərbaxça"nın ev, «Qalatasaray» səfər sınağı

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun görüşləri keçiriləcək. Üçüncü oyun günündə 14 matç keçiriləcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) İtaliyada "Napoli" ilə üz-üzə gələcək. "Fənərbaxça" "Antverpen"i (Belçika) qəbul edəcək. "Qalatasaray" isə Rusiyada "Lokomotiv" (Moskva) ilə  qarşılaşacaq.
 
UEFA  Avropa Liqası
 
Qrup mərhələsi, 3-cü tur
 
A qrupu
 
23:00. "Reyncers" (Şotlandiya) - "Brondbü" (Danimarka)
23:00. "Sparta" (Praqa, Çexiya) - "Lion" (Fransa)
 
B qrupu
 
23:00. "Şturm" (Qrats, Avstriya) - "Real Sosyedad" (İspaniya)
23:00. PSV (Eyndhoven, Niderland) - "Monako" (Fransa)
 
C qrupu
 
23:00. "Napoli" (İtaliya) - "Legiya" (Polşa)
 
D qrupu
 
20:45. "Fənərbaxça" (Türkiyə) - "Antverpen" (Belçika)
23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Olimpiakos" (Yunanıstan)
 
E qrupu
 
20:45. "Latsio" (İtaliya) - "Marsel" (Fransa)
23:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə)
 
F qrupu
 
20:45. "Midülland" (Danimarka) - "Srvena Zvezda" (Belqrad, Serbiya)
20:45. "Ludoqorets" (Razqrad, Bolqarıstan) - "Braqa" (Portuqaliya)
 
G qrupu
20:45. "Betis" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya)
 
H qrupu
20:45. "Rapid" (Vyana, Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Vest Hem" (İngiltərə) - "Genk" (Belçika)