Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı

Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı 

Olimpiya oyunları

Bugün, 21:56

Azərbaycan komandası Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. 

Olimpnews.az xəbər verir ki, bu uğura taekvondoçumuz Adil Kazımlı nail olub. -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda iordaniyalı Ahmad Aldahamşeyə məğlub olaraq  Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş  medalına sahib çıxıb. 

Qeyd edək ki, mübarizəyə 1/4 finaldan başlayan taekvondoçumuz əvvəlcə tunisli Adem Dyebbini, yarımfinalda isə seneqallı Amet Diopu mübarizədən kənarlaşdırmışdı.  

Bununla da Azərbaycan komandasının Dakar-2026 Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı beşə çatıb. 

Xatırladaq ki, yarışların əvvəlki günlərində cüdoçumuz İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçilərimiz Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb. 

Dakar-2026-ya noyabrın 13-də yekun vurulacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR