Məğlubedilməz boksçu yenidən rinqə çıxacaq

Məğlubedilməz boksçu yenidən rinqə çıxacaq

Beş çəki dərəcəsi üzrə amerikalı keçmiş dünya çempionu Floyd Meyvezer fevralın 20-də Dubayda sərgi döyüşü keçirəcək.
Nümayiş xarakterli döyüşdə idmançının rəqibi hələlik müəyyənləşməyib.  “Döyüş fevralın 20-də keçiriləcək. Biz hələ ki rəqib seçməmişik. Amma səbirsizliklə həmin günü gözləyir və cəlbedici döyüş alınacağına ümid edirəm”, - deyə 44 yaşlı F.Meyvezer bildirib.
Xatırladaq ki, karyerasını 2017-ci ildə bitirən Meyvezerin hesabında 50 qələbə var.