“Barselona”da daha bir itki

“Barselona”da daha bir itki

“Barselona”nın fransalı müdafiəçisi Samuel Umtiti zədələnib. Mərkəz müdafiəçisi məşq zamanı ayağından zədə alıb. Müayinə zamanı 29 yaşlı futbolçunun sağ ayaq sümüyünün sındığı müəyyənləşib. Umtiti bu gün həkim Antoni Dalmau və klubun tibbi personalının nəzarəti altında əməliyyat olunacaq. Onun 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.