Yasamal rayonunda 5 mart - Bədən tərbiyəsi və idman günü qeyd edilib
Olimpizm xəbərləri
04.03.2022, 11:20
Yasamal rayon İcra Hakimiyyətində 5 mart-Bədən tərbiyəsi və idman günü münasibəti ilə “idman həftəsi” çərçivəsində bir qurup idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, millət vəkili Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Tədbiri giriş sözü ilə açan açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart tarixi Bədən tərbiyəsi və idman günü elan edilib. O qeyd edib ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılara olan qayğısının bariz nümunəsidir. “Son illər paytaxtımız çoxsaylı mötəbər turnirlərə ev sahibliyi edib. Bunların arasında I Avropa Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, xüsusilə edilməlidir. Ölkəmiz bu yarışları yüksək səviyyədə təşkil etməklə, dünya idman tarixində silinməz iz qoydu”, - deyə, İlham Səfərov bildirib. O, ötən dövr ərzində idarə tərəfindən yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın təbliği və inkişafı istiqamətində görülmüş işlərdən söz açaraq bu sahənin idarənin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev isə çıxış edərək qeyd edib ki, bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. “Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda Olimpiya Hərəkatının fəal üzvlərindən biridir”, - deyə Hüseyn Əfəndiyev qeyd edib. O, çıxışı zamanı Yasamal rayonunda müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin, o cümlədən, şahmat-dama klubları, idman-sağlamlıq mərkəzləri, uşaq-gənclər idman məktəblərinin fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, son bir neçə ildə Yasamal rayonundakı müxtəlif ünvanlarda süni örtükü futbol meydançaları sakinlərin istifadəsinə verilib. Bu futbol meydançalarının tikintisi və açılışı Yasamal rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənovun xüsusi diqqət mərkəzində olub və bundan sonra da yeni idman infrastrukturlarının istifadəyə verilməsi rayon İcra Hakimiyyəti üçün prioritet olacaq. Daha sonra çıxış edən millət vəkili Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov və digər natiqlər Azərbaycan idmanının uğurları və qarşıda duran məqsədlər barədə danışıblar. Sonda bir qrup idmançı və idman ictimaiyyətinin nümayəndəsi əldə etdikləri yüksək nəticələrə və 5 mart - Bədən tərbiyəsi və idman günü münasibəti ilə fəxri fərmanlarla mükafatlandırılıblar. Təltif olunanlar arasında “Olimpiya dünyası” qəzeti də yer alıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK