Rayon məktəbliləri “Şahin” hərbi-idman oyunlarında
Olimpizm xəbərləri
26.04.2022, 11:48
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Yasamal rayon orta ümumtəhsil məktəbliləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib. Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış üçün söz Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərova verilib. İlham Səfərov yarış iştirakçılarını salamlayaraq komandalara uğurlar arzulayıb. İlham Səfərov qeyd edib ki, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işinin təşkili, onlar arasında vətənpərvərlik tərbiyəsinin aşılanması, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərmək gənclərlə iş sahəsində idarə qarşısında duran başlıca vəzifələrdən biridir. İlham Səfərov bildirib ki, 44 günlük Vətən müharibəsi xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi, 30 illik yurd həsrətinə son qoyuldu. Sonra “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev çıxış edib. Bəhram Şeydayev iştirakçılara uğurlar arzulayıb və çıxışında bildirib ki, Azərbaycan ordusu indi regionun ən güclü ordusu olmaqla yüksək peşəkar əsgər və zabit heyətinə malikdir. O qeyd edib ki, Vətən müharibəsi Azərbaycan ordusunun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi, ordumuz şanlı qələbə qazandı. Qarabağ müharibəsi qaziləri və digər rəsmi şəxslərin iştirak etdiyi təntənəli açılış mərasimi başa çatdıqdan sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başlayıblar. Birincilikdə rayon ərazisində fəaliyyət göstərən 19 tam orta ümumtəhsil məktəbin komandası öz qüvvəsini sınayıb. Yarışın yekun nəticəsinə görə birinci yerə 158 saylı tam orta məktəbin komandası layiq görülüb. 31 saylı tam orta məktəbin komandası ikinci, 175 saylı tam orta məktəbin komandası isə üçüncü yerə sahib çıxıb. Rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası