Tofiq Musayev: "UFC bizim üçün önəm kəsb etmir"
Olimpizm xəbərləri
07.05.2022, 09:08
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin "Report"a müsahibəsi
- Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Beynəlxalq Prezident Kubokunu izləyirsiniz. Təəssüratlarınız necədir? - Azərbaycan nümayəndəsi və əsgəri olaraq avarçəkmə yarışının Suqovuşanda keçirilməsinə hamımız sevinirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların sayəsində ilk dəfə Suqovuşanda avarçəkmə üzrə turnir keçirilir. Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının prezidenti Vüqar Əhmədova təşəkkürümü bildirirəm. Bizi də diqqətdən kənarda saxlamayıblar. Sayıblar, hörmət ediblər və tədbirdə iştirak üçün dəvət göndəriblər. Yarışların daha maraqlı olacağına ümid edirəm. Çünki Qarabağda ilk dəfə belə turnir gerçəkləşir. Bu, hamımıza maraqlıdır. Həqiqətən Suqovuşanda gözəl guşə və mənzərə var. Burada hamı çempionluq uğrunda mübarizə aparacaq. Müharibədə əziyyəti olan insanlardan biri də bizik. Yarışı izləmək üçün dəvət almışıq.
- Siz də Vətən müharibəsi iştirakçısı olmusunuz. - Bəli. Zəngilan uğrunda döyüşlərdə iştirak etmişəm. Cənab Prezidentimiz tərəfindən cəsur döyüşçü medalı ilə təltif olunmuşam. Biz şəhidlərimizin sayəsində bu gün buraya ayaq qoyuruq. Yarışın keçirilməsində ən böyük səbəbkar onlardır. Ölkə başçısının, Prezidentin böyük əməyi var. Onun sayəsində rahat və azad şəkildə yarışları izləyirik.
- Karyeranızla bağlı nə kimi yeniliklər var? Hansı döyüşə hazırlaşırsınız? - İyunun 24-də “Bellator”un ABŞ-dakı 280 seriyalı yarışında iştirak edəcəyəm. “Bellator”da ilk azərbaycanlı idmançıyam və iki döyüşdən sonra kəmər uğrunda mübarizə aparacağam. İki qarşılaşmada qalib gəldikdən sonra kəmər uğrunda döyüşmək təklif olunub. 2019-cu ildə Rizin turnirində məğlub etdiyim braziliyalı Patrik Freyre hazırda “Bellator”da çempiondur. 1-2 döyüş udandan sonra revanş qarşılaşması təklif etmək istəyirlər, danışıqlar gedir. Hazırda iyunun 24-dəki yarışa hazırlaşıram.
- UFC döyüşlərinə dəvət alma ehtimalı var? - Dünyada iki böyük təşkilat mövcuddur. Bunlar UFC və “Bellator”dur. Bir-biri ilə rəqabət aparan təşkilatlardır. Bizim üçün UFC bir o qədər də önəm kəsb etmir. Çünki “Bellator”a düşmək də çətindir. Buna baxmayaraq, dəvət almışıq və 4 görüşlük müqaviləmiz var. Birinci döyüşə iyunun 24-də qatılacağam.
- Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev bu yaxınlarda Bakıda olub. Onunla münasibətləriniz necədir? - Münasibətimiz var. Biz ABŞ-da birlikdə təlim-məşq toplanışında olmuşuq. Fiziyev Bakıda olanda mən ABŞ-da idim.
- Onun Azərbaycanı təmsil etmək fikri olub? Bu barədə söhbət etmisiniz? - Bir idmançı olaraq Azərbaycanı həmişə təmsil edib. Şəxsi səhifəsində Azərbaycan bayrağını da yerləşdirib. O, əslən azərbaycanlıdır. Bundan sonra da Azərbaycan adından döyüşəcək. Ölkəmizin adından böyük liqalarda vuruşmaq hər adama nəsib olmur. Rafael Fiziyevdən başqa bu missiyanı yerinə yetirən digər idmançılarımız da var. Bizim başlıca missiyamız ölkəni dünyada tanıtmaqdır.
- MMA döyüşlərinin Azərbaycanda keçirilməməsinin səbəbi nədir? - Hazırda Gənclər və İdman Nazirliyi tərəfindən bu yöndə danışıqlar gedir. İyun, iyul və ya avqustda ölkəmizdə dünya çempionatının keçirilməsi planlaşdırılır. Qeyri-olimpiya idman növlərində maliyyə cəhətdən problemlər var idi. Hazırda Azərbaycanda ilk dəfə dünya çempionatı keçirmək üçün danışıqlar aparılır. Bundan əlavə, böyük turnirlərin ölkəmizə salınması da mümkündür.
- Bu il mümkün olacaq? - Nazir Fərid Qayıbovun səyi nəticəsində yarışlar Azərbaycanda baş tutmalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri