Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın "Qurnik" klubu ilə yeni müqavilə imzalayıb.
Olimpnews.az Zabje təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.
Qeyd edək ki, Lukas Podolski 1985-ci ildə Polşanın Qlivitse şəhərində anadan olub. Təcrübəli forvard 2 il sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. O, 2014-cü ildə Bundestimin heyətində dünya çempionu olub.