Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı başa çatıb. Azərbaycan komandası yarışda 1 gümüş, 1 bürünc medal qazanıb. Belə ki, gümüş medalı komandamızın aktivinə 48 kiloqram çəki dərəcəsində Könül Əliyeva yazdırıb. Yığmamızın digər üzvü Aytac Qardaşxanlı (63 kq) isə üçüncü yerə sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan turnirdə 7 idmançı ilə təmsil olunub.