Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib. Yığmamız qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.
Sablya üzrə millimiz Konya-2021-in qalibi oldu
![Sablya üzrə millimiz Konya-2021-in qalibi oldu ](https://olimpnews.az/uploads/img/posts/2022/08/16/Sablayajpg-1660594890.jpg)