Ekvador millisi Qətər-2022-dən kənarlaşdırılır

Ekvador millisi Qətər-2022-dən kənarlaşdırılır

Futbol üzrə Ekvador millisi bu il Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılacaq. Buna səbəb yığmanın futbolçusu Bayron Kastilyonun əslində kolumbiyalı olması və saxta pasportla oynamasıdır. 24 yaşlı hücumameylli yarımmüdafiəçinin Ekvador Futbol Federasiyasının (FEF) müstəntiqləri ilə söhbətinin səsyazısı yayılıb. Orada oyunçu 1998-ci ildə Ekvadorda deyil, 1995-ci ildə Kolumbiyada anadan olduğunu açıq şəkildə etiraf edib.

Sentyabrın 15-də FIFA-da növbəti dinləmə olacaq.

Çili Futbol Federasiyasının prezidenti Pablo Milad bildirib ki, Kastilyonun səsyazısı onların mundiala qatılmaq ümidlərini artırır.

Qeyd edək ki, futbolçunun saxta sənədlə oynaması təsdiqini tapsa, Ekvadorun Cənubi Amerika zonası üzrə seçmə mərhələdəki 8 oyununun hamısının nəticəsi ləğv olunacaq.