Bu günlərdə Şuşa şəhərində yerləşən Bülbülün ev muzeyində pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin müəllifi olduğu “Qarabağın idman tarixi” adlı kitabının təqdimatı keçirilib. Müəllif bu kitabda Qarabağın folklorunu, xalq oyunlarını, beynəlxalq, dünya və Avropa çempionatlarında iştirak etmiş məşhur idmançıların fəaliyyətini təhlil etmiş, əldə olunan idman nəticələrini bir araya toplamışdır. Kitab 2 fəsil və 12 yarımfəsildən ibarətdir. Kitab oxucuda müəyyən təəssüratlar yaradır, orijinal fikirlər təbii səsləndiyi üçün oxucunu yormur, incitmir, əksinə onu daha səbrli, dözümlü, tolerant olmağa həvəsləndirir.
Şuşada “Qarabağın idman tarixi” kitabının təqdimatı olub