«İlin ən yaxşı qapıçısı» kim seçiləcək?

«İlin ən yaxşı qapıçısı» kim seçiləcək?

FİFA «ilin ən yaxşı qapıçısı» adına namizədləri açıqlayıb. Namizədlər sırasında  Alisson ( “Liverpul”/Braziliya), Yassin Bunu (“Sevilya”/Mərakeş), Tibo Kurtua ( “Real”/Belçika), Dominik Livakoviç (“Dinamo Zaqreb”/ Xorvatiya), Mayk Menyen (“Milan”/Fransa), Emiliano Martines (“Aston Villa”/Argentina) və Manuel Noyer ("Bavariya"/ Almaniya) yer alıb.

Mükafatlandırma mərasimi gələn il fevralın 27-i keçiriləcək. Qalibə "The Best" mükafatı təqdim olunacaq.

Qeyd edək ki, ötən il "Çelsi"nin və Seneqal millisinin qapıçısı Eduard Mendi ən yaxşı qapıçı mükafatını qazanıb.