«Hər şeyə görə sağol, kapitan»

«Hər şeyə görə sağol, kapitan»

Fransa yığma komandasının futbolçusu Kilian Mbappe özünə məxsus olan sosial şəbəkə hesabında millinin qapıçısı Uqo Lloris ilə bağlı paylaşım edib. «Hər şeyə görə sağol, kapitan», - deyə Mbappe yazıb. Qeyd edək ki, Lloris bu həftə rəsmi olaraq yığma komanda karyerasını birdəfəlik bitirdiyi barədə məlumat yayıb.