Paris-2024 Yay Olimpiya Oyunlarına 6,8 milyon bilet satılıb. Bu barədə Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi məlumat yayıb. Paris-2024 üçün nəzərdə tutulan 10 milyon biletin təxminən 70 faizi satılıb. Mayın 11-dən 19-dək bilet satışının ikinci mərhələsi keçirilib. Həmin vaxt 1,89 milyon bilet sahibini tapıb.
Biletlərin 178 ölkədən alındığını bildirən Təşkilat Komitəsi qeyd edib ki, satılmış biletlərin təxminən 60 faizinin qiyməti 100 avrodan az və ya ona bərabərdir.
Fevralın 15-dən martın 9-dək keçirilmiş birinci mərhələdə 3,25 milyona yaxın bilet satılıb.
Təşkilat Komitəsi Paralimpiya Oyunlarına bilet satışına oktyabrın 9-da başlanacağını və biletlərin yarısının qiymətinin 25 avrodan az olacağını açıqlayıb.