MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd edilib - FOTO
BOK
31.05.2023, 14:10
Mayın 31-də “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftaxetdinovanın 60 illik yubileyi qeyd olunub.
Milli Olimpiya Komitəsinin inzibati binsasında təşkil olunan tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionları, federasiya və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir yubilyarın idmançı karyerasını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra ölkə xaricindən yaşayan idman mütəxəssislərimiz və MOK-un əməkdaşlarının təbriklərinin yer aldığı videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Zemfira Meftaxetdinovanı təbrik edərək onun nəinki Azərbaycanda, bütün dünyada sevildiyini bildirib. MOK-un vitse-prezidenti həmçinin yubilyarın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Woman Sport” diplomu ilə mükafatlndırıldığını qeyd edib. Çingiz Hüseynzadə həmin mükafatı Zemfira Meftaxetdinovaya təqdim edib. Eyni zamanda, MOK trəfindən Z.Meftaxetdinovaya xüsusi hədiyyə təqdim olunub.
Gənclər və idman naziri Fərid Qayıbov isə çıxışında Zemfira Mehtaxetdinovanın Azərbaycanın ilk qadın Olimpiya çempionu olduğunu qeyd edərək deyib: “Belə bir təşəbbüsə görə, Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Zemfira xanım haqda fərxlə danışmaq olar. Onunla son iki ildə daha yaxından tanış olmuşam. O, həm də çox yaxşı insandır. İnanıram ki, bu müsbət keyfiyyətlər ona bu nəticələri əldə etməyə kömək edir. O, ilk qadındır ki, müstəqil Azərbaycana Olimpiya qızılını gətirib. İstərdim ki, onun qızı da Olimpiya çempionu olsun. Bundan başqa Zemfira Meftaxetdinova Azərbaycan Milli Olimpiya Komitəsi tarixində vitse-prezident olmuş ilk xanımdır. Burada da geder bərabərliyinin gözlənildiyini görmək olar. Zemfira xanımı yubiley münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağığı arzu edirəm”.
MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev Zemfira Meftaxetdinovanı təbrik edərək onun idman nailiyyətlərini yüksək qiymətləndirib: “Düşünürəm ki, nizam-intizamlı, işinə məsuliyyətlə yanaşmaq idmançını daha yüksəklərə qaldırır. Zemfira xanım əldə etdiyi nailiyyətlərə görə hər birimizdən üstündür. İdmanda nizam-intizam qaydalarına riayət olunmasa yüksək nəticə əldə etmək olmaz. Bu mənada Zemfira xanımı fərqləndirmək olar. Onun çempion olması bu gün də bizim xatirəmizdədir. Bu qələbənin şahidi olduğumuz üçün çox şadıq”.
Olimpiya çempionu Namiq Abdullayev isə Zemfira Meftaxetdinovanın Sidney Olimpiadasındakı çıxışını xatırlayaraq onun qazandığı medalın komandamıza böyük ruh yüksəkliyi verdiyini qeyd edib: “Sidney Olimpiadası Azərbaycan idmanı üçün tarixi anlarla yadda qaldı. Zemfira xanım bu Oyunlarda qızıl medal qazanmaqla bütün idmançılarımıza ruh yüksəkliyi verdi. O, xoşbəxt insandır ki, həm ulu öndər Heydər Əliyev, həm də Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən mükafatlandrılıb”.
Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov isə çıxışında Zemfira xanımın insani keyfiyyətlərindən danışıb.
Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli isə Zemfira xanımı federasiya rəhbərliyi adından yubiley münasibəti ilə təbrik edərək, onunla bağlı xatirələrini bölüşüb. Zemfira Meftaxetdinova ilə ilk dəfə Pekin-2008 Yay Olimpiya Oyunları zamanı tanış olduğunu deyən E.Məmmədli bu görüşün ona qızıl medal qazanmaq üçün bir motivasiya olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Əməkdar məşqçi İsmayıl İsmayılov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, veteran idmançılar Yaqub Məmmədov, Rafiq Hacıyev, stend atıcılığı üzrə məşqçi Nazim İbrahimov, Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş növləri üzrə məşqçisi Rəsul Məmmədov yubilyarın keçdiyi şərəfli həyat yolundan söz açıb, ona fəaliyyətində yeni uğurlar arzulayıblar.
Sonda çıxış edən yubilyar tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandırıb. Həyəcanını və sevinc göz yaşlarını saxlaya bilməyən Z.Meftaxetdinova qazandığı nailiyyətlərə görə, məşqçilərinə minnətdarlığını bildirib: “Bu gün buraya toplaşanların hər birindən özümə qarşı ən xoş və səmimi ürək sözlərini eşitdim. Bu məni kövrəltdi. Kaş ki, burada mərhum məşqçim Hafiz Cəfərov da olardı. Yəqin ki, onun ruhu bizimlədir. O, bu anları görür və şad olur. İdmanda olduğum vaxtlarda heç vaxt özümü tək hiss etməmişəm. İndi də həmin insanların əksəriyyəti mənimlədir, əhatəmdədir. Mənim ünvanıma xoş sözlər söyləyirlər. Hiss edirəm ki, bu günə kimi hamının sevimlisi olmuşam. Fürsətdən istifadə edib, ölkə rəhbəriliyinə, Milli Olimpiya Komitəsinə, Azərbaycan Atıcılıq Federasiyasına, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinə və idman ictimaiyyətinin hər bir nümayəndəsinə öz minnətdarlığımı bildiririəm. Öz qiymətli vaxtını ayırıb, məni təbrik etmək üçün bu tədbirə toplaşanlara təşəkkür edirəm”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Bugün, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bugün, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri