Rusiyasız Avropa Oyunlarının favoriti hansı ölkə olacaq?
BOK
06.06.2023, 15:06
Polşanın Krakov və Malopolye şəhərlərində təşkil olunacaq III Avropa Oyunlarının başlamasına 29 gün qalır. Oyunların rəsmi açılış mərasimi iyunun 21-də Krakovda təşkil olunacaq. İyulun 2-dək davam edəcək budəfəki yarışlarda “köhnə qitə”nin 48 ölkəsindən olan idmançılar 30 idman növündə 253 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışa əsas diqqətçəkən məqamlardan biri isə tarixdə üçüncü dəfə təşkil olunacaq Avropa Oyunlarına Rusiya və Belarus idmançılarının buraxılmamasıdır. Avropa Olimpiya Komitələrinin (AOK) rəsmi saytında yer alan məlumata görə, həm Rusiya, həm də Belarus idmançıları bu oyunlarda heç bir statusda iştirak edə bilməyəcəklər. Qeyd edək ki, Rusiya idmançıları Bakı-2015 və Minsk-2019 Avropa Oyunlarının qalibi olmuşdular. “Olimpiya dünyası” qəzeti olaraq bu sayımızda Rusiya və Belarus idmançılarının qitənin nüfuzlu yarışındakı statistik göstəricilərini araşdırıb, oxuculara təqdim edirik.
İki yarış və cəmi 273 medal
İlk dəfə Bakıda 50 ölkənin iştirakı ilə keçirilən və 17 gün əsrarəngiz mübarizə ilə yaddaqalan oyunlar Rusiya idmançılarının qələbəsi ilə başa çatdı. Şimal qonşularımız oyunlarda iştirak üçün paytaxtımıza 620 nümayəndə heyəti ilə gəlmişdilər. Onlardan 7-si Olimpiya, 34-ü isə dünya çempionu olmaqla ümumilikdə 358-i qalib adı uğrunda yarışırdı. Belə böyük heyətlə Bakıya gələn ruslar buradan çempion kimi ayrıldılar. Onlar 164 (79 qızıl, 40 gümüş, 45 bürünc) medalla birinci yeri tutdular. Ruslar Bakıda əsasən güləş, üzgüçülük, gimnastika, avarçəkmə, boks, cüdo və qılıncoynatma idman növlərində rəqibləri üçün əlçatmaz oldular. Rusiya komandası 4 il sonra Minskdə təşkil olunan ikinci Avropa Oyunlarında da eyni uğuru təkrarladı. Lakin bu dəfə daha az idmançı ilə - cəmi 225 atletlə buna nail oldular. Onların arasında Bakıdakı Avropa Oyunlarının 18 qalibi və 5 Olimpiya çempionu da yer almışdı. Rusiya komandası bu oyunlarda 109 (44 qızıl, 24 gümüş, 41 bürünc) medal qazanaraq, birinci yeri tutdu.
.jpg)
Şərqi avropalıların puç olmuş arzuları
Belarus idmançılarına gəlincə isə bu komandanın da Avropa Oyunlarındakı təcrübəsini qeyd etmək yerinə düşər. Ən azından onlar Bakıdan sonra bu yarışa ev sahibliyi edən ikinci təşkilatçı ölkə kimi yadda qalıblar. Avropa Oyunlarının standartları Bakıda müəyyənləşdiyindən onlar bu Oyunları təşkil etmək üçün Azərbaycan modelindən yararlandılar. Bu məsələyə toxunmazdan əvvəl isə Belarusun Bakı-2015-dəki statistik göstəricilərinə nəzər salaq. 149 idmançı ilə Bakıya gələn şərqi avropalılar burada 43 (10 qızıl, 11 gümüş, 22 bürünc) medalla yeddinci yeri tutdular. Onlar paytaxtımızda əsasən gimnastika (12), güləş (9), sambo (7), avarçəkmə (5), atıcılıqda (6) növlərində fərqləndilər. Cüdo, taekvondo, karate, qılıncoynatma, badminton, triatlon, çimərlik voleybolu kimi növlərdə isə Belarus idmançıları mükafatçılar sırasına düşə bilmədilər. İkinci Avropa Oyunlarının ev sahibləri Minskdəki yarışda 221 idmançı ilə təmsil olundular. Onlar bu yarışda 68 (23 qızıl, 16 gümüş, 29 bürünc) medal qazanaraq, Rusiyadan sonra ikinci pillədə qərarlaşdılar. Belarus idmançıları bu oyunlarda da əsas medallarını gimnastika, boks, güləş, velosiped, avarçəkmə, atletika və sambo növlərində əldə etmişdilər.
![]()
Yeni favoritlər və yeni çempionların uğuruna şahidlik edəcəyik
Yarışların başlamasına az qalmış Avropa Olimpiya Komitələri öz sözünün üstündə bir daha duraraq, bu oyunların ən çox medal qazanan və yarışlardan ikincisinə ev sahibliyi edən ölkələrin iştirakçılarını siyahıdan çıxardı. Rusiya və Belarus idmançılarının tarixdə üçüncü dəfə təşkil olunacaq Oyunlardan kənarda qalması isə qitənin digər aparıcı ölkələrinin işinə yarayacaq. Belə ki, bu ölkələr özlərinin üçüncü sınağında oyunların qalibi olması üçün əsl fürsət qazanıblar. İndi qalır hansı dövlətlərin bu fürsətdən necə yararlanması və yarışları neçə medalla başa vurması. Bəs üçüncü oyunların qalibi kim olacaq? Avropa Oyunları tarixində Polşadakı mübarizədə Rusiyadan sonra ilk dəfə olaraq yeni qalib ölkə, yeni favoritlər və yeni çempionların uğuruna şahidlik edəcəyik. Sözsüz ki, budəfəki yarışda Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Ukrayna, Niderland və ev sahiblərini Polşanı əsas favoritlər siyahısında görmək olar. Bir sözlə, Bakıda təşkil olunan bu oyunların növbəti tarixi Polşada yazılacaq. Bəs görəsən, Polşada güləşin oyunların proqramına daxil edilməməsini, cüdonun isə qarışıq komanda yarışları formatında təşkil olunacağını nəzərə alsaq, idmançılarımız bu dəfə hansı nəticə ilə yadda qalacaqlar? Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarında 56 (21 qızıl, 15 gümüş, 2 bürünc) medal qazanaraq ikinci, Minsk-2019-da isə 28 (5 qızıl, 10 gümüş, 13) medalla 10-cu yeri tutmuşdular.
Anar Əhmədov,
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri