III Avropa Oyunlarının medalları 

III Avropa Oyunlarının medalları 

Polşada keçiriləcək III Avropa Oyunlarının medalları təqdim edilib. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Medallarda Polşa tarixində mühüm yer tutan qartal simvolu əks olunub. O, idman dəyərlərini özündə birləşdirən gücü, ümidi, liderliyi, qələbəni, ilham və cəsarəti ifadə edir.

Qeyd edək ki, III Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.